Menu

Müəmmalı hadisə: Bakıda internatda qalan uşaq yoxa çıxıb

19.01.2015, 08:58
Müəmmalı hadisə: Bakıda internatda qalan uşaq yoxa çıxıb

Yeniyetmənin atası hüquq-mühafizə orqanlarına müraciət edib

Bakıda yeniyetmə oğlan itkin düşüb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Səbail rayonu, Neftçilər prospekti 71 ünvanında yaşayan 1965-ci il təvəllüdlü Vəzirov Azər Vəkilhüseyn oğlu bildirib ki, oğlu naməlum şəraitdə yoxa çıxıb.

9-cu Polis Bölməsinə müraciət edən paytaxt sakini qeyd edib ki, oğlu, 2001-ci il təvəllüdlü Həsənov Vəzir Azər oğlu Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən 10 saylı internat məktəbində yaşamaqla təhsil alır. 14 yaşlı oğlan yanvarın 5-də atasının evini internata getmək üçün tərk edib. Lakin o, məktəbə gedib çıxmayıb.

Hazırda müraciət əsasında zəruri araşdırmalar həyata keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol