Menu

Boko Haram Kamerundan azı 50 nəfəri oğurlayıb

19.01.2015, 09:47
Boko Haram Kamerundan azı 50 nəfəri oğurlayıb

[caption id="attachment_86994" align="alignleft" width="300"] Nigeriyanın şimal-şərqində bir kənd Boko Haramın hücumundan sonra[/caption]

Boko Haram ekstremist qrupunun yaraqlıları Kameruna hücum təşkil edərək azı 50 nəfəri oğurlayıb.

Kamerunun ordu və hökumət rəsmiləri bildirir ki, yaraqlılar yanvarın 18-də ölkənin şimalında iki kəndə hücum edib, 3 nəfəri öldürüb və əsasən qadınları və uşaqları girov götürüb.

Bu hücumlardan bir gün əvvəl Çad elan edib ki, Boko Haramla mübarizə üçün Kameruna qoşunlar göndərəcək. Bu ekstremist qrup al-Qaeda ilə bağlıdır, Nigeriyada minlərlə adamın ölümündə ittiham olunur, 1 milyon çox insanı isə evindən didərgin salıb.

Boko Haram ötən ildən Kameruna hücumlar təşkil etməyə başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol