Menu

İŞİD azərbaycanlı komandirini edam etdi - FOTO

19.01.2015, 10:17
İŞİD azərbaycanlı komandirini edam etdi - FOTO

Sirac Azəri adlı azərbaycanlı komandir «xarici» olması səbəbiylə edam olunub

İŞİD terror təşkilatı azərbaycanlı komandirlərindən birini edam edib.

APA-nın «Timetürk» saytına istinadən verdiyi məlumata görə, Sirac Azəri adlı azərbaycanlı komandir «xarici» olması səbəbiylə edam edilib.

S. Azərinin Sumqayıt şəhərindən olduğu və uzun müddət Əfqanıstanda döyüşdüyü, daha sonra isəSuriyaya gələrək İŞİD sıralarında döyüşdüyü bildirilir.

Bir neçə həftə əvvəl isə İŞİD Şimali Qafqazdan olan Sergey Asimov adlı bir döyüşçüsünü xarici ölkənin agenti olmasında şübhəli sayaraq edam edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol