Menu

Qətldə təqsirləndirilən sabiq polis əməkdaşı məhkəmə qarşısında

19.01.2015, 12:54
Qətldə təqsirləndirilən sabiq polis əməkdaşı məhkəmə qarşısında

Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Zeynal Sadıqovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası yanvarın 22-nə təyin edilib.

Qeyd edək ki, ötən il sentyabrın 6-da Bülbülə qəsəbəsində yerləşən qəbiristanlıqda Nazilə Əmrahova adlı qadının meyiti tapılıb. Həyata keçirilən araşdırmalar nəticəsində qətldə təqsirləndirilən Zeynal Sadıqov tutulub. O, ifadəsində N. Əmrahovanı borca görə qətlə yetirdiyini deyib.

Z. Sadıqov sabiq polis əməkdaşı olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z. Sadıqov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol