Menu

PKK-ya qarşı döyüşlər başladı

19.01.2015, 13:17
PKK-ya qarşı döyüşlər başladı

Suriyada ilk dəfə olaraq Əsəd ordusu ilə PKK arasında döyüşlər başlayıb.

Musavat.com-un məlumatına görə, İŞİD səbəbindən indiyə qədər bir-birinə hücum etməyən tərəflər arasındakı döyüşdə 40-dan çox adamın öldüyü bildirilir. Döyüşlər Suriyanın Xasəki vilayətində gedir.

Bəşər Əsəd ordusu ilə kürdlər arasında təxminən iki ildir davam edən qeyri-rəsmi atəşkəs razılaşması var idi. İŞİD-i ortaq təhlükə hesab edən tərəflər iki gündür ki, şiddətli döyüşlər aparırlar. Bölgədə gərginlik get-gedə yüksəlir və ölü sayının artacağı istisna edilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol