Menu

Azərbaycanlı prokuror Moskvada rüşvətlə ilişdi

19.01.2015, 16:24
Azərbaycanlı prokuror Moskvada rüşvətlə ilişdi

Moskva Hərbi Dairə Məhkəməsində Rusiya paytaxtının Şimal-Şərq inzibati dairəsinin prokurorunun köməkçisi Çingiz İsmayılov və Rusiya Federal Təhlükəsizlik Xidmətinin Moskvaaltı üzrə idarəsinin keçmiş əməkdaşı Stanislav Staşin mühakimə olunub.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Ç.İsmayılov və S.Staşin sərnişindaşıma ilə məşğul olan şirkətdən aylıq “haqq” tələb etdikləri üçün həbs ediliblər.

Ç.İsmayılov və S.Staşin Rusiya Cinayət Məcəlləsinin 30 və 159-cu madfdələri ilə təqsirli biliniblər. Hər iki şəxs ötən ilin noyabrında Moskva Qarnizonu Hərbi Məhkəməsi tərəfindən adambaşına 350 min rubl məbləğində cərimə olunmuşdular. Prokurorluq bu cəzanı yüngül sayaraq hökmdən protest vermişdi. İşə apelyasiya qaydasında baxılsa da hökm qüvvədə saxlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol