“AzerRos”un Federal Şurasının sədri olduğum üçün baş verənlərə münasibətim çox pisdir. Çünki baş verən hadisələr “AzerRos”un parçalanmasına gətirib çıxarır”.
Bunu Modern.az saytına açıqlamasında “AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin Federal Şurasının sədri Mehriban Sadıqova deyib: “Bəziləri yanvarın 15-də Federal Şuranın üzvlərini başqa bir ünvana yığıblar. Halbuki, Federal Şuranın birinci ofisində onları öz iclasımıza çağırırdım. Onlar isə başqa ofisdə yığıncaq keçiriblər”.
Mehriban Sadıqova “AzerRos”un Ağsaqqallar Şurasının rəhbəri Abbas Abbasovun da baş verənlərlə bağlı fikirlərini çatdırıb: “Ağsaqqallar Şurasının sədri Abbas Abbasov “AzerRos” ətrafında baş verən hadisələri pisləyir. Bizim prezident Asif Məhərrəmov dekabr ayının sonunda öz ərizəsi ilə istefa verib. Ona görə də Abbas Abbasov qurultay keçirmək, qanuni yolla prezident seçilməsini istəyirdi. Təəssüflər olsun ki, şuranın bəzi üzvlərinin öz məqsədləri var. Məqsədlərindən başa düşmək olar ki, onlar bunu qəsdən edirlər. Onlar konkret olaraq “AzerRos”u dağıtmaq istəyirlər. Əlbəttə, qanuni yolla qurultay olacaq və prezident, şuranın sədri seçiləcək. “AzerRos”un parçalanması üçün Tahir Hacıyev, Qalib Ağayev, Söyün Sadıqov, Mehriban Abdullayeva, Elçin İbrahimovdan ibarət təşkilat komitəsi yaradılıb. Onlar başqalarını aldadaraq ora yığıblar. “AzərRos”u parçalamaq istəyən əsasən onlardır. Onlar başa düşmürlər ki, elədikləri hərəkət bizim nizamnamənin əleyhinədir. Təbii ki, onlar bunu çox gözəl başa düşürlər. Əgər başa düşə-düşə hərəkət edirlərsə, bunu yalnız “AzerRos”u dağıtmaq cəhdi kimi qiymətləndirmək olar”.

Qeyd edək ki, “AzərRos”un sonuncu qurultayında prezident Asif Məhərrəmov vəzifəsindən çıxarılıb, Azərbaycan Baş nazirinin sabiq 1-ci müavini Abbas Abbasovun isə bu qurumda rəhbərlik etdiyi Ağsaqqallar Şurası ləğv edilib.

Söyün Sadıqovun bu fikirləri cavabsız qalmayıb. “AzerRos”un Ağsaqqllar Şurasının üzvü, Nijni Novqorod Azərbaycanlılarının Mədəni Muxtariyyətinin sədri, Rusiya Jurnalistlər İttifaqının üzvü Vidadi Abbasov modern.az-a qalmaqalla bağlı açıqlama verib.

O, “AzerRos”la bağlı Azərbaycanda yayılan məlumatlara, Abbas Abbasovun “AzerRos”un Ağsaqqalar Şurasının sədri postundan kənarlaşdırılması haqda deyilənlərə münasibət bildirib:“Doğrudan da noyabr ayından etibarən “AzerRos”da qurumun prezidenti Asif Məhərrəmova qarşı haqlı etirazlar başladı. Təşəbbüskarlara Asif Məhərrəmovun istefasına nail olmaq üçün hamımız dəstək verdik. Nəticədə Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun təklifi ilə Asif Məhərrəmov özü istefa verdi. Hamı problemin bitdiyini zənn edərkən aydın oldu ki, heç də belə deyilmiş. Sən demə, Söyün Sadıqov adlı şəxsin könlünə “AzerRos”a rəhbər olaraq qayıtmaq düşübmüş”.
Vidadi Abbasov deyib ki, yanvarın 15-də “AzerRos”un Federal Şurasının iclası çağırılıb, Ədliyyə Nazirliyinin nəzarəti altında keçirilən və tamamilə legitim olan bu iclasda qurumu parçalamaq istəyən “Təskilat komitəsi” ləğv edilib və iki ay müddətində qurultay keçirilməsinə qərar verilib.
azerr_1359200553_img_4231“Təəssüf ki, ləğv olunmuş komitə üzvləri çoxluğun qərarına hörmət göstərmək əvəzinə, yanvarın 17-də Moskvada “qurulay” adı altında bir toplantı keçirdilər. Həmin iclasda iştirak edənlərin yarısından çoxu “AzerRos”a heç bir aidiyyatı olmayan adamlar idi. “AzerRos” seçkilərinin legitim olmasını təmin edəcək təşkilatların yalniz 25%-i buradaydı. Təşkilatların böyük əksəriyyəti yalandan özünü Putinin səlahiyyətli nümayəndəsi kimi qələmə verən Söyün Sadıqovun dəvətini qəbul etməmiş və bu qurultay deyilən yığıncağa gəlməmişdi. Bu halda aldadıldıqlarını və qəbul olunacaq qərarların hüquqi qüvvəsinin olmayacağını başa düşən həmkarlarımız “qurultayın” mart ayına qədər fasilə verməsini tələb etdilər və dağılışdılar.Buna baxmayaraq, Azərbaycanda olan bəzi kütləvi informasiya vasitələri yalan məlumat yaymaqdan çəkinmədi”.
V.Abbasov daha sonra “AzerRos”la bağlı bildirib:
“Qurum ətrafında yaranmış məsələlərə tam məsuliyyətimlə belə aydınlıq gətirmək istəyirəm:
1. “AzerRos”un Ağsaqqallar Şurasının ləğv olunması və Abbas Abbasovun vəzifəsindən kənarlaşdırılması haqda verilən xəbərlər tamamilə yalandır.
2. “AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti parçalanmayıb və parçalanması mümün deyil. Kənar qüvvələrin təsiri altına düşmüş bir neçə həmkarımızın yenə “AzerRos”da işlərini davam etdirəcəklərinə əminəm.
3. Söyün Sadıqov özünü Rusiya prezidentinin səlayihətli nümayəndəsi kimi təqdim etməklə ictimaiyyəti aldadır. Bu gün isə Rusiyada güclü Azərbaycan diasporunun olmasını istəməyən qüvvələrin sifarisini yerinə yetirir”
Rasim
AzPolitika.info

Şərhlər