Menu

Rusiyanın 2 batalyonu Ukraynaya girdi

19.01.2015, 22:05
Rusiyanın 2 batalyonu Ukraynaya girdi

Rusiya Silahlı Qüvvələrinə məxsus iki taktiki batalyon Ukrayna sərhədini keçib.Axar.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə məlumatı Ukrayna Anti-terror Mərkəzinin sözçüsü Andrey Lısenko yayıb.

Onun sözlərinə görə, belə batalyonlarda adətən 300-350 nəfər hərbçi olur: “İki batalyonda təxminən 600-700 hərbçi Ukrayna sərhədlərindən içəri daxil olub”.

Lısenko hərbçilərin Ukrayna sərhədçiləri tərəfindən yoxlanılmadığını və birbaşa Luqanska istiqamət götürdüyünü bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol