Menu

2022-ci ilədək müəllimlərin əməkhaqqı mərhələlərlə artırılacaq

20.01.2015, 08:55

Nazirler Kabineti 1 (1)Azərbaycanda müəllim peşəsinin nüfuzunun artırılması məqsədi ilə dövlət siyasətinin inkişaf mərhələləri müəyyənləşdirilib.

APA-nın məlumatıma görə, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”ına əsasən Nazirlər Kabineti 2016-cı ildə yeni əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmləri təsdiq etməli, Təhsil Nazirliyi 2017-ci ildən başlayaraq, mütəmadi əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmləri tətbiq etməlidir.

Nazirlər Kabineti, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2015-2022-ci illər ərzində müəllim əməyinin layiqincə dəyərləndirilməsi, onların illik əməkhaqqının adambaşına düşən ümumi daxili məhsula nisbətinin mərhələlərlə, səriştə və nəticə əsasında differensiallaşdırmaqla 1,8-2 dəfəyədək artırılmasını təmin etməlidir. Bunun üçün ortamüddətli proqnozlaşdırmada müəllimlərin illik əməkhaqqının adambaşına düşən ümumi daxili məhsula nisbətinin mərhələlərlə artırılması həyata keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol