Menu

"Hizbullah" İsrailin hücumuna 2 sözlə cavab verib - Foto

20.01.2015, 10:36
"Hizbullah" İsrailin hücumuna 2 sözlə cavab verib - Foto

İsrailin iki gün əvvəl Suriyanın Qunaytara əyalətində "Hizbullah"a qarşı həyata keçirdiyi hücuma Hərəkat iki sözdən ibarət bəyanatla cavab verib.

SalamNews-un Livan mətbuatına istinadla verdiyi xəbərə görə, bəyanat “Sığınacaqlarınızı hazırlayın” cümləsindən ibarət olub.

Bildirək ki, sözügedən hücumda "Hizbullah"ın tanınmış simalarından altı nəfər və İran İnqilabı Keşikçiləri Korpusunun bir briqada generalı həlak olub.

"Hizbullah" bu hücumda həlak olmuş üzvlərini artıq dəfn edib.

Hərəkata yaxın mənbələrin sözlərinə əsasən, Təşkilat cavab verməkdə tələsmir və cavab zərbəsinin sarsıdıcı alınmağı üçün münasib məkan və zamanı gözləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol