Bağdad-Ərbil razılaşmasından sonra kürd neftinin dünyaya çıxmasında Türkiyənin rolu artır.
Müsavat.com-un məlumatına görə, Şimali İraqdan Türkiyəyə verilən 450 min barel neft 600 min barelə yüksələcək. Kürd neftində yeganə marşrut Ceyhan olacaq.
Türkiyə ilə İraq arasında 17-ci iqtisadi forum Bağdadda keçirilib. Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldızla İraqın xarici işlər naziri İbrahim Cəfərinin başçılığı ilə 9 illik fasilədən sonra baş tutan toplantıda İraqdan Türkiyəyə xam neft ixracının artırılması məsələsində razılıq əldə edilib.
Nümayəndələr həmçinin iki ölkə arasında yeni əməkdaşlıq sahəsinin inkişaf etdirilməsi və qaz boru kəmərində lazımi texniki işlərin görülməsi üçün razılığa gəlib.


Şərhlər