Menu

İraqın baş naziri: “İŞİD lideri yaralanıb”

20.01.2015, 14:33
İraqın baş naziri: “İŞİD lideri yaralanıb”

İŞİD lideri Abu Bəkr Əl-Bağdadi İraqın şimal-qərbində yerləşən Əl-Qaim şəhərinin bombardmanı nəticəsində yaralanıb.

APA-nın ITAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu İraqın baş naziri Heydər Əl-Abadi deyib.

Baş nazirin sözlərinə görə, Əl-Bağdadi “xoşbəxtlik nəticəsində sağ ala bilib”.

Bununla yanaşı, H. Əl-Abadi bildirib ki, “İŞİD” lideri vaxtın əksər hissəsini Suriyada keçirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol