Menu

“Charlie Hebdo”ya yeni baş redaktor təyin edilib

20.01.2015, 15:07
“Charlie Hebdo”ya yeni baş redaktor təyin edilib

Fransanın satirik jurnalı “Charlie Hebdo”nun yeni baş redaktoru terror aktı zamanı xəsarət almış əməkdaşı təyin edilib.

APA-nın məlumatına görə, Loran Surisso adlı bu karikaturaçı “Riss” ləqəbi ilə məşhurdur. Yanvarın 7-də jurnalın redaksiyasına edilmiş terror hücumu zamanı rəssam sağ çiynindən yaralanıb. Onun yanvarın 20-də xəstəxanadan buraxılması planlaşdırılır.

Xatırladaq ki, “Charlie Hebdo”nun keçmiş rəhbəri də terror hücumu zamanı ölənlər sırasındadır.

İki nəfərin jurnalın ofisinə hücumu zamanı orda olan bütün əməkdaşlara atəş açılıb. Onlardan 12-si ölüb. Cinayətdə təqsirli bilinən şəxslər isə yalnız 2 gün sonra aşkar edilib və onlar Paris yaxınlığındakı xüsusi əməliyyat zamanı məhv ediliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol