Menu

Şəhidlər Xiyabanına axın davam edir - VİDEO

20.01.2015, 16:07
Şəhidlər Xiyabanına axın davam edir - VİDEO

Günün sonuna qədər Şəhidlər Xiyabana ziyarət davam edəcək

Prezident İlham Əliyevin ziyarətindən sonra Şəhidlər Xiyabanında anım mərasiminə sadə vətəndaşlar da qatıldı.

ANS TV-nin məlumatına görə, hər kəs 20 Yanvar qəhrəmanlarının xatirəsini anmaq üçün Şəhidlər Xiyabanına üz tutur. Dövlət rəsmiləri artıq ziyarətlərini başa vurublar. Hazırda isə ziyarətə sadə insanlar və xiyabanda uyuyan şəhidlərin valideynləri, yaxınları, qohumları gəliblər.

Saat 12:0o-da ölkənin hər yerində olduğu kimi burda da 1 dəqiqəlik sükutla şəhidlərimizin xatirəsi yad edilib. Yollarda da normal şərait yaradilib ki, camaat maneəsiz Şəhidlər Xiyabanına gələ bilsin.

Həmçinin Xiyaban ətrafı təhlükəsizlik tədbirləri də gücləndirilib. Günün sonuna qədər Şəhidlər Xiyabana ziyarət davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol