Menu

Silahlılar prezident iqamətgahını ələ keçirdi

20.01.2015, 18:56
Silahlılar prezident iqamətgahını ələ keçirdi

Yəmənin paytaxtı Sənada yerləşən prezident iqamətgahı “Ansar Alla” adlandırılan hərəkatın yaraqlıları tərəfindən ələ keçirilib.

APA-nın məlumatına görə, bu barədə “Al-Arabiya” telekanalı öz mənbələrinə istinadən xəbər verir.

Qeyd edək ki, yanvarın 18-də “Al-Husi” adlandırılan hərəkatın üzvləri hakimiyyətin yürütdüyü siyasətə etiraz əlaməti olaraq Prezident Administrasiyasının rəhbərini oğurlayıb.

Yanvarın 19-da yaraqlılarla prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları arasında baş verən qarşıdurma nəticəsində 9 nəfər ölüb, 60 nəfərdən çoxu isə yaralanıb.

Silahlı qarşıdurmanın qarşısını almaq cəhdləri heç bir nəticə vermir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol