Menu

Fərhad Əliyev Londondan qayıtdı

21.01.2015, 11:22
Fərhad Əliyev Londondan qayıtdı

Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev qardaşının dəfnində iştirak etmək üçün Londondan Azərbaycana gəlib.

Bu barədə azvision.az-a sabiq nazirin yaxınları məlumat veriblər. Bildirilib ki, F. Əliyev hazırda qardaşı Sudeifin dəfn mərasimində iştirak etmək üçün Cəlilabad rayonunun Alar kəndindədir: “Fərhad Əliyev hazırda kənddədir. O, qardaşının dəfn mərasimində iştirak edir. Mərasimə gələnlərin başsağlığını qəbul edir. Mərhum dünən dəfn olunub. Bu gün isə qəbri ziyarət olunacaq. Fərhad müəllim də ziyarətə gedəcək”.

Qeyd edək ki, Əliyevlər ailəsinə ağır itki üz verib. Belə ki, F.Əliyevin balaca qardaşı Əliyev Sudeif Şölət oğlu ötən gün qəflətən vəfat edib. Bildirilir ki. mərhum ürək ağrısından əziyyət çəkirmiş.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol