Menu

Nazir şöbə müdirini işdən çıxardı

21.01.2015, 12:40
Nazir şöbə müdirini işdən çıxardı

Kənd Təsərrüfatı Nazirliyinin Texniki siyasət şöbəsinin müdiri Rəşid Səfərov vəzifəsindən azad edilib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin APA-ya verdiyi məlumata görə, R. Səfərov təqaüd yaşına çatması ilə əlaqədar öz ərizəsi ilə vəzifəsinin icrasını dayandırıb və təqaüdə çıxıb.

M. Hacıyev deyib ki, nazir Heydər Əsədovun imzaladığı əmrə əsasən, adıçəkilən şöbənin rəisi vəzifəsinin müvəqqəti icrası şöbənin rəis müavini Köçəri İmranova həvalə olunub.

K. İmanov bundan əvvəl həmin şöbədə sektor müdiri olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol