Menu

Prezident İlham Əliyev Berlində görüşlər keçirir

21.01.2015, 12:51
Prezident İlham Əliyev Berlində görüşlər keçirir

Prezident İlham Əliyev Almaniyaya səfəri çərçivəsində yanvarın 20-də bu ölkənin XİN rəhbəri Frank-Valter Ştaynmayerlə görüşüb. Rəsmi məlumata görə, söhbət zamanı Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin hazırkı durumu və perspektivləri, həmçinin Qarabağ münaqişəsi müzakirə olunub.

Həmin gün İ.Əliyev Münhen Beynəlxalq Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşingerlə görüşüb.

Görüş zamanı regional təhlükəsizlik və digər beynəlxalq məsələlər müzakirə olunub.

Xatırladaq ki, bu gün İ.Əliyev kansler Angela Merkellə görüşəcək.

Gözlənildiyi kimi, enerji əməkdaşlığı və Azərbaycanda insan hüquqları məsələsi diqqət mərkəzində olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol