Menu

Yağış və qar yağacaq - Proqnoz

21.01.2015, 13:20

hava yagisBakıda və Abşeron yarımadasında yanvarın 22-də hava şəraiti dəyişkən buludlu olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Lent.az-a açıqlamasında bildirib ki, hava şəraiti əsasən yağmursuz keçəcək, zəif duman olacaq, bəzi yerlərdə yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-3, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Qərb rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Şimal və şərq rayonlarında yağış yağacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol