Gömrük Komitəsində gərginlik yaşanır. Avropa.info xəbər verir ki, yanvarın 15-dən etibarən Gömrük Komitəsi işçilərinə maaşlardan əlavə verdiyi "paket sistemi"ni ləğv edib. "Paket sistemi"nin ləğvi əsasən aşağı ranqlı işçilərə tətbiq olunub. Bundan sonra, işçilər arasında narazılıq yaranıb.
Gömrük Komitəsindəki mənbədən əldə etdiyimiz məlumata görə, maaşları kifayət qədər aşağı olan gömrük işçiləri məsələylə bağlı öz müdiriyyətlərinə müraciət etsələr də, müsbət cavab ala bilməyiblər. Hazırda işçilər komitənin sədri Aydın Əliyevə müraciət etmək fikirindədirlər.
Qeyd edək ki, uzun illərdir Gömrük Komitəsində (eləcə də başqa dövlət idarələrində) "paket sistemi"nin tətbiq olunması haqda xəbərlər dolaşırdı.


Şərhlər