Menu

Banklar üçün gözlənilməz vəziyyət

21.01.2015, 19:08
Banklar üçün gözlənilməz vəziyyət

2014-cü ildə bankların stress-test sınaqlarında neftin qiymətinin 50 dollaracan düşəcəyi nəzərdə tutulmurdu.

Bunu Davos İqtisadi Forumunda Britaniya-Honkonq bank qrupu olan HSBC-in Direktorlar Şurasının sədri Duqlas Flint deyib.

Onun sözlərinə görə, iqtisadiyyatda elə şeylər olacaq ki, biz indi bunları görmürük: "Görünməmiş vəziyyətlərdən çıxmağın yolu bankların kifayət qədər kapital ehtiyatıdır".

Yanvarın 21-də İsveçrənin dağ kurortu olan Davosda açılan Dünya İqtisadi Forumunda dünyanın 2500 siyasi və biznes lideri, ictimai xadimlər, iqtisadi, siyasi ekspertlər iştirak edir.

4 gün çəkəcək forumda Fransa prezidenti Fransua Olland, ABŞ dövlət katibi Con Kerri, Almaniya kansleri Angela Merkel və başqa liderlər iştirak edir.

Yanvarın 21-dəki müzakirələrdə Fransanın "Total" neft şirkətinin başçısı Patrik Puyan deyib ki, “neftin indiki istehsal səviyyəsini saxlamağa nəhəng investisiyalar lazımdır".

Onun sözlərinə görə, 2030-cu ilə kimi neft istehsalının yarısı yoxa çıxacaq. Bu isə sutkada 50 milyon barreldir: "Bu, o deməkdir ki, biz neft istehsalına nəhəng investisiya qoymalıyıq”.

O deyib ki, "dünyaya hər daha çox enerji lazımdır. Yaxın 20 ildə hər il enerji istehsalı 1 faiz artmalıdır.

Onun ehtimalına görə, atom enerjisi də inkişaf edəcək. Ancaq yaxın 20 ildə neft və qaz həlledici rol oynayacaq."

Davosda iqlim problemi də qaldırılır. ABŞ-ın keçmiş vitse-prezidenti Al Qor və müğənni Farrel Uilyams elan ediblər ki, iyunun 18-də 7 qitədə "Canlı Yer musiqisi" tədbiri keçiriləcək. Tədbirin məqsədi iqlim dəyişikliyinə diqqəti cəlb etməkdir.

2007-ci ildə ekologiya üzrə Nobel mükafatı alan Al Qor deyib ki, iqlim məsələsində dünya bu gün hərəkət etməlidir.

A.Qor bildirib ki, 2014-cü il Yer üzündə ən isti il olub. Bunu ABŞ-ın hökumət agentliklərinin göstəriciləri deyir.

XIX əsrdən aparılan statistika göstərir ki, 10 ən isti il 1997-ci ildən bəri olan illərdir ("Azadlıq" radiosu).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol