Menu

Terrorçuların girov götürdüyü Almaniya vətəndaşı azad edildi

21.01.2015, 19:41
Terrorçuların girov götürdüyü Almaniya vətəndaşı azad edildi

“Agence France-Presse” bildirir ki, “Boko Haram” terror təşkilatının 6 ay öncə girov götürdüyü Almaniya vətəndaşı azad edilib. Bu barədə Kamerun rəsmiləri çərşənbə günü məlumat verib.

İlkin məlumatlara görə, Kamerun ordusu müttəfiq hərbi birləşmələrlə birlikdə Nigeriyada girovların xilası üçün hərbi əməliyyat keçirib.

Qeyd olunur ki, terrorçular bazar günü Kamerun ərazisinə keçərək, orada 80 nəfəri girov götürmüşdülər. Kamerun ordusunun əməliyyatları nəticəsində “Boko Haram” terror təşkilatının girov saxladığı 70 nəfərə yaxın şəxs azad olunub. Onların arasında Almaniya vətəndaşı Nitş Eberhard da var. /musavat.com

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol