Menu

İşğaldan sonra Krımdan 10 min tatar gedib

21.01.2015, 19:56
İşğaldan sonra Krımdan 10 min tatar gedib

Rusiyanın işğalından ötən 10 ay müddətində Krım yarımadasını 10 min tatar tərk edib.

Modern.az xarici bildirir ki, bu haqda Krım-tatar xalqları Məclisinin sədri Refat Çubarov məlumat verib: “Qanunsuz işğaldan sonra 20 minə yaxın adam Krımı tərk etmək məcburiyyətində qalıb, onların 9-10 min nəfəri krım tatarlarıdır. Onlar yarımadadan gedərək Ukrayna ərazisində məskunlaşıblar. Ukrayna hakimiyyəti ilə birgə Məclis onlara kömək edir”.

Refat Çubarov qeyd edib ki, krım tatarlarının böyük əksəriyyəti Xerson və Zaporojski vilayətlərində yaşayır, qalanları Ukraynanın qərb vilayətlərinə səpələniblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol