Menu

Fələstinli gənc Təl-Əvivdə 11 nəfəri bıçaqladı- "...bu bir intiqam aksiyasıdır"

21.01.2015, 21:36
Fələstinli gənc Təl-Əvivdə 11 nəfəri bıçaqladı- "...bu bir intiqam aksiyasıdır"

“BBC” İsrail polisinə istinadən bildirir ki, əslən Fələstindən olan bir gənc Təl-Əvivin mərkəzində çərşənbə günü avtobusda olan ən azı 11 nəfəri bıçaqlayıb. Bıçaqla silahlanmış gənc eyni zamanda avtobus dayanacağında dayanan sərnişinlərə də hücum edib.

Daha sonra hadisə yerindən qaçmağa çalışsa da, o, polis tərəfindən saxlanılıb. Asayiş keşikçiləri öncə onun ayağından güllə ilə vurublar, qaçmaq imkanını itirən fələstinli təslim olub.

An injured man sits as he is treated by paramedics at the scene of a stabbing in Tel Aviv, Israel, 21 January 2015

Yaralananlardan 3 nəfərin vəziyyəti ağır hesab olunur, digər sərnişinlərin yaraları isə yüngül və yarım-yüngül sayılır.

23 yaşlı fələstinli bəyan edib ki, bu bir intiqam aksiyasıdır və İsrailin ötən il Qəzzada törətdiyi hərbi əməliyyatlara cavab kimi dəyərləndirilməlidir.

“BBC” bildirir ki, ötən ilin iyun-avqust aylarında Qəzzada 2.100 nəfər fələstinli İsrail hücumları zamanı öldürülmüşdü. İsrail isə 67 əsgər və 6 nəfər mülki şəxs itirmişdi.

İsrailin Baş naziri Benyamin Netanyahu bu hücuma görə Fələstin rəhbəri Mahmud Abbası ittiham edib.

“Hamas”ın mətbuat katibi Sami Abu Zuhri 23 yaşlı fələstinlini törətdiyi əmələ görə “qəhrəman” adlandırıb.(musavt.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol