Menu

Xərçəngə tutulan Vaqif Səmədoğlu İsrailə müalicəyə gedir (VİDEO)

01.12.2013, 13:07
Xərçəngə tutulan Vaqif Səmədoğlu İsrailə müalicəyə gedir (VİDEO)

Bədxassəli şişdən əziyyət çəkən şairin müalicə xərclərini dövlət başçısı üzərinə götürüb

Xalq şairi Vaqif Səmədoğlu bədxassəli şişdən əziyyət çəkir. Dövlət başçısının müalicəsi xərclərini üzərinə götürməsindən sonra bu gün o, İsrailə yola düşür. Ağır xəstəliklə mübarizədə yardımçı olduğuna görə, prezident İlham Əliyevə təşəkkürünü bildirən Vaqif Səmədoğlu ANS TV-yə açıqlamasında deyib: “Bütün həyatı boyu, bütün ömrüm boyu, ən çox məni düşündürən məsələ ölüm olub. Onun üçün Anar mənim adımı “ölüm şairi” qoyub. Amma məndən çox ölümdən Azərbaycan poeziyasında yazan olmayıb. Xərçəng xəstəsi nə haqda fikirləşər?”.(musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol