Menu

Azərbaycanda alimenti ödəməyən 2 min şəxs axtarışdadır

22.01.2015, 10:32
Azərbaycanda alimenti ödəməyən 2 min şəxs axtarışdadır

Azərbaycanda alimentlərlə əlaqədar məhkəmə qərarlarının icrası vəziyyəti açıqlanıb.

Ədliyyə Nazirliyindən 2014-cü il ərzində aliment tələbi ilə bağlı yerli icra qurumlarının icraatında 52467 icra sənədi olması bildirilib.

Həmin işlərdən 4416-nın icrası tamamlanıb, 48051 iş üzrə isə ödəmələr vaxtaşırı aparılır.

O cümlədən, 1997 borclu şəxsin axtarılması ilə bağlı müvafiq qərarlar qəbul edilib. /Trend

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol