Menu

"Donetsk aeroportunda şiddətli döyüşlər davam edir"

22.01.2015, 12:17
"Donetsk aeroportunda şiddətli döyüşlər davam edir"

Ukrayna Müdafiə Nazirliyi ordunun Donetsk hava limanını tərk etməsi barədə məlumatları təkzib edib. APA-nın “112.ua” saytına istinadən verdiyi xəbərə görə, nazirlik aeroport ətrafında şiddətli döyüşlərin davam etdiyini açıqlayıb: “Bəzi binalar və hava limanı ərazisinin bir hissəsi Ukrayna hərbçilərinin nəzarətində qalır”.

Açıqlamada bildirilir ki, yanvarın 21-də 20 Ukrayna əsgəri terminalı tərk edib, çünki onlar mövqelərinin dağıdılması nəticəsində açıq atəş altında qalıblar. Nazirlik aeroport ərazisində son sutka ərzində 6 hərbçinin həlak olduğunu bildirib. Bundan başqa, 16 yaralı əsgər separatçılara əsir düşüb.

Qeyd edək ki, Donetsk hava limanı ətrafındakı bir neçə kənd Ukrayna ordusunun tam nəzarətindədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol