Bu gün Yasamal Rayon Məhkəməsində Milli Şuranın komissiya sədri Gültəkin Hacıbəyliyə qarşi qaldırılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşdı. Hakim Sərdar Mehrəliyev Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyevin və onun bacısı Aynur Mehdiyevanın şikayətini qismən təmin edib. Məhkəmənin hökmü ilə Gültəkin Hacıbəyli Mehdiyevlərin şərəf və ləyaqətini təhqir etdiyi üçün CM-nin 147.1 maddəsilə təqsirli bilinərək 500 manat məbləğində cərimələnib.
Eləcə də ekspertiza xərci olaraq 150 manat məbləğində vəsaitin də təqsirləndirilən şəxsdən tutulması hökmdə qeyd olundu.


Şərhlər