Menu

Bu dəfə erməni rus əsgərini öldürdü

22.01.2015, 15:38
Bu dəfə erməni rus əsgərini öldürdü

23 yaşlı Mixail Qriqoryan hadisə yerindən qaçıb.

Rusiya Federasiyasının Mineralnıye Vodı şəhərində kütləvi dava zamanı xüsusi təyinatlı dəstənin üzvü həlak olub.

Davanın iki iştirakçısı, o cümlədən qətldə şübhəli bilinənlər axtarışdadırlar, daha altı nəfər isə saxlanılıb, “Kavkazski uzel” bildirib, Oxu.Az xəbər verir.

Yanvar ayının 21-nə keçən gecə Mineralnıye Vodı şəhərində kafelərin birində kütləvi dava zamanı daxili qoşunların hərbçisi aldığı bıçaq yarasından həlak olub. DİN-in məlumatına əsasən hərbçilər və yerli sakinlər arasında baş verən münaqişə məişət zəminində olub.

Xüsusi təyinatlı dəstə üzvü Dmitri Sidorenkoya bıçaq zərbəsi vurmaqda 23 yaşlı Mixail Qriqoryan günahkar bilinir. O və onun Tovmasyan soyadlı dostu hadisə yerindən qaçmağı bacarıblar. Polis münaqişənin iştirakçısı olan iki nəfər yerli sakin və altı nəfər xüsusi təyinatlını saxlayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol