Menu

Federal Təhqiqat Bürosu nüfuzlu siyasətçini həbs etdi

22.01.2015, 19:57
Federal Təhqiqat Bürosu nüfuzlu siyasətçini həbs etdi

Ona qarşı korrupsiya ittihamı irəli sürülüb

“Reuters” bildirir ki, Nyu-York şəhər Şurasının spikeri Silver Şeldon Federal Təhqiqat Bürosu (FTB) tərəfindən korrupsiya ittihamı ilə həbs olunub. O, son 20 ildə Demokratlar Partiyasının ən nüfuzlu üzvlərindən sayılır. Federal Təhqiqat Bürosu bu məlumatın doğruluğunu təsdiq edib.

Adıçəkilən şəxsin hazırda 70 yaşı var. O, 1994-cü ildən yüksək vəzifələrdə çalışıb.

İlkin məlumata görə, o, kiçik vəkil firmasından vergiləri azaltmaqla bağlı pul alıb.

“The New York Times” qəzeti yazır ki, Silver Şeldonla bağlı bu hadisə bir neçə il əvvəlin söhbətdir. “The Times”da illər öncəki sənədlərin araşdırılması zamanı belə bir faktın ortaya çıxdığını yazıb.

Nyu-Yorkun keçmiş meri Andreu Kuomo Demokrat Patiyasının üzvüdür. O, 2013-cü ildə anti-korrupsiya kommisiyası yaradacağına və onun müstəqil fəaliyyət göstərəcəyinə söz vermişdi. Ancaq sonra o, bu vədinə əməl etmədi. (musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol