Menu

Yəmən parlamenti prezidentin istefasını qəbul etmədi

23.01.2015, 00:42
Yəmən parlamenti prezidentin istefasını qəbul etmədi

Yəmən parlamenti prezident Əbdurabbu Mənsur Hadinin istefasını qəbul etməyib. Musavat.com xəbər verir ki, məlumatı "Frans Press" yayıb.

Məlumata görə, parlament istefanı qəbul etməkdən imtina edib və sabah səhərə növbədənkənar iclas çağırılıb.

Xatırladaq ki, Yəmən prezidenti, ondan bir neçə saat əvvəl isə hökumət istefa verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol