Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləziz Əl Səud 91 yaşında vəfat edib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə dövlət telekanalının efirində məlumat verilib.
Qeyd edək ki, kral Abdullah bir müddət əvvəl ağciyər infeksiyası (pnevmoniya) diaqnozu ilə Ər Riyad şəhərinin xəstəxanalarından birinə yerləşdirilib. Son 4 il ərzində kral bir neçə dəfə onurğa sümüyündə əməliyyat keçirib.

Bu barədə Səudiyyə Ərəbistanının dövlət telekanalının efirində elan edilib.
Kral Salman ibn Əbdül Əziz əl Səudun 79 yaşı var. O, 2012-ci ildən ölkənin müdafiə naziri vəzifəsində çalışıb. Bundan əvvəl isə o paytaxt Ər Riyad əyalətinin qubernatoru olub.


Şərhlər