Milli Şuranın Ukraynadakı bir qrup tərəfdarı Kiyevdə Azadlıq meydanında keçirilən etiraz mitinqlərində iştirak edib. Həmin azərbaycanlılar adından Yalçın Qəhramanoğlu çıxış edib və yerli telekanallara müsahibə verib. O bildirib ki, Azərbaycan xalqı və Ukrayna xalqı Avropaya inteqrasiya tərəfdarıdır, Avropa cəmiyyətinə qovuşmaq və demokratik dövlətdə yaşamaq arzusundadır. Bu səbəbdən də Ukrayna azərbaycanlıları Ukrayna xalqının demokratik mübarizəsini dəstəkləyir, onların haqq işində hər cür köməklik etməyə hazırdır.


Şərhlər