Menu

Ordumuz daha bir hərbçisini itirdi - FOTOLAR

23.01.2015, 16:06
Ordumuz daha bir hərbçisini itirdi - FOTOLAR

Azərbaycan ordusu daha bir əsgərini itirib. Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir ki, Silahlı Qüvvələrin N saylı hərbi hissəsində avtomat silahla ehtiyatsız davranılması nəticəsində atəş açılıb və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər Babaşov Nizami Şəmil oğlu vəfat edib. Qeyri-döyüş şəraitində baş verən hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

“Qafqazinfo” xəbər verir ki, vəfat edən Füzuli rayonu, Araz-Zərgər kənd sakini 26 yaşlı Babaşov Nizami Şəmil oğlu atışma nəticəsində şəhid olub. O müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol