Menu

Saakaşvili Kiyevə gedib

02.12.2013, 13:46
Saakaşvili Kiyevə gedib

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynanın paytaxtı Kiyevə gəlib. Lent.az-ın Tiflisdə nəşr olunan “Kviris kronika”ya istinadən verdiyi məlumata görə, Acarıstanın keçmiş lideri Levan Varşalomidze də Saakaşvili ilə birlikdədir.

Onlar hazırda peşəkar boks üzrə dünya çempionu Vladimir Kliçkoya məxsus “Udar” hərəkatının qərargahındadırlar.

Qeyd edək ki, Mixail Saakaşvili bir neçə həftədir vətənində deyildi. Gürcüstan KİV-nin məlumatına görə, onun harada olduğu barədə hətta partiya yoldaşlarında belə məlumat yox idi.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol