Menu

"Ohanyan və digərləri yalan yarışına giriblər" - Müdafiə Nazirliyi

23.01.2015, 19:34
"Ohanyan və digərləri yalan yarışına giriblər" - Müdafiə Nazirliyi

"Ermənistanın müdafiə naziri Seyran Ohanyan və nazirliyin digər nümayəndələri daha çox yalan danışmaqla bir-birilərini üstələməyə çalışırlar. Bu, onların sanki kimin fantaziyasının daha artıq olması yarışına girmələri təsirini bağışlayır".

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Nazirlikdən qeyd ediblər ki, ermənilərin növbəti uydurması guya Silahlı Qüvvələrimizin snayperinin düşmən tərəfindən məhv edilməsi xəbəridir.

Azərbaycan Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Ermənistan tərəfi artıq nə edəcəyini bilmədiyi üçün heç bir fakta əsaslanmayan bu cür boş, əsassız məlumatlar yaymaqla erməni xalqının fikrini ordusundakı çoxsaylı itkilərdən yayındırmaq məcburiyyətində qalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol