Menu

ABŞ-ın bu silahı ilə Putini durdurmaq olar

23.01.2015, 21:22
ABŞ-ın bu silahı ilə Putini durdurmaq olar

ABŞ-ın elə silahı var ki, o, Ukrayna ordusunun ölkənin şərqində Rusiya tərəfindən dəstəklənən separatçılarla mübarizədə döyüş qabiliyyətini artıra bilər. AzPolitika.info Ukrayna KİV-lərinə istinadla bildirir ki, bu barədə Ukrayna parlamentinin üzvü, politoloq Taras Çornovil danışıb.

ABŞ senatorlarının Ukraynaya “uçan silahlar” verilməsi barədə təklifini dəyərləndirən politoloq məhz hansı silahın Rusiyanı həddən artıq narahat edə biləcəyindən danışıb:

“Bu, raket daşıya bilən pilotsuz uçan aparatlardır. Bu silahla Ukrayna ərazisinə soxulan Rusiya hərbi kolonlarını, raket qurğularını və sairəni məhv etmək və onun çoxlu sayda canlı qüvvəsini sıradan çıxarmaq olar.”

Bəs ABŞ-ın Ukraynaya belə silah verməsi Rusiyanı özündən çıxararaq birbaşa hərbi müdaxiləyə təhrik etməzmi? Ekspert bu suala belə cavab verib: “Yox, əksinə məhz bu Putini müəyyən qədər dayandıra bilər”.

Vaqif Nəsibov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol