Menu

BMT Təhlükəsizlik Şurasında Ukrayna üzrə iclas keçiriləcək

25.01.2015, 11:36
BMT Təhlükəsizlik Şurasında Ukrayna üzrə iclas keçiriləcək

Yanvarın 26-da BMT Təhlükəsizlik Şurasında Ukrayna üzrə fövqəladə iclasın keçirilməsi planlaşdırılır.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin mənzil qərargahındakı diplomatik mənbə bildirib.

“Bəyanatın mətninə dair danışıqlar davam edir. Çox güman ki, Təhlükəsizlik Şurasının Ukraynadakı son hadisələr ilə əlaqədar iclası yanvarın 26-da baş tutacaq”, deyə mənbə bildirib.

Qeyd olunur ki, bəyanat layihəsini Böyük Britaniyanın nümayəndə heyəti irəli sürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol