Menu

"Həmin ərazidə xırda təkanların olması gözlənilir" - Qurban Yetirmişli

26.01.2015, 11:28
"Həmin ərazidə xırda təkanların olması gözlənilir" - Qurban Yetirmişli

"Bu gün səhər maqnitudası 5 bal gücündə olan zəlzələnin baş verdiyi Quba zonasında əvvəldən gərginlik var idi".

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli APA-ya açıqlamasında deyib ki, dünən axşamdan başlayaraq həmin zonada maqnitudası hiss olunmayacaq balda zəif təkanlar baş verib. Onun sözlərinə görə, dünən axşam saat 19:00-dan başlayaraq bir neçə zəif təkanlar olub: “Bunlar güclüzəlzələdən öncə olan “for şok”lardır. Bu gün səhər 07.30-da onların arasında ən güclüsü, maqnitudasi 5 bal gücündə olan zəlzələ baş verib. Bu da əsas Şabran-Dəvəçi-Quba sərhəddinə düşüb”.

Q.Yetirmişli əlavə edib ki, həmin ərazidə dağıntılar olmayıb. Episentrdə-güclüzəlzələnin baş verdiyi həmin ərazidə çox yaşayış məntəqələrinin olmadığını deyən baş direktorun sözlərinə görə, yalnız bəzi köhnə binalarda çatlar əmələ gələ bilər: “Bu gün səhər ikinci təkan 09:30-da Şabranda qeydə alınıb. Bundan sonra da xırda təkanların-after şokların olacağı gözlənilir. Güclü zəlzələdən sonra zəif təkanlar-after şoklar baş verməlidir. Hazırda da həmin ərazidə belə xırda təkanlar olur”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol