Menu

BMT-nin baş qərargahı bağlandı

26.01.2015, 23:36
BMT-nin baş qərargahı bağlandı

BMT-nin mənzil-qərargakı Nyu-Yorka doğru irəliləyən çovğunla əlaqədar bu gün bağlı olacaq. Musavat.com xəbər verir ki, məlumatı təşkilatın mətbuat xidməti yayıb.

Bina yerli vaxtla saat 14.30-da (Bakı baxtı ilə saat 23.30) bağlanacaq və çərşənbə axşamı gün ərzində bağlı qalacaq. BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak bildirib ki, çərşənbə axşamlna təyin edilən tədbirlər, o cümlədən, Holokost qurbanlarının Beynəlxalq anım günü ilə bağlı toplantı təxirə salınıb.

Hazırda BMT Təhlükəsizlik Şurasında Ukrayna ilə bağlı toplantı başlayır. İclas təhlükəsiziklə əlaqədar 2 saat əvvələ çəkilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol