Menu

Metroda yenə problem

27.01.2015, 10:10
Metroda yenə problem

"Nizami" stansiyasında qatarda texniki problem yaranıb

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev ANS PRESS-ə açıqlamasında məsələyə aydınlıq gətirib.

O qeyd edib ki, hadisə səhər 08:20-də baş verib və qısa zaman ərzində problem aradan qaldırılıb:

"Metronun 23 saylı qatarının 4-cü vaqonunun qapılarında nasazlıq baş verib. Qapılar bağlanmayıb və bu səbəbdən sərnişinlər qatardan düşürdülüb. Nasaz qatar depoya göndərilib və əvəzinə xətdə başqa qatar buraxılıb", - deyə “Bakı Metropoliteni” QSC-nin rəsmisi söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol