Donbas batalyonu Donetsk yaxınlığında 30-dan çox separatçını əsir götürüb.Axar.az xəbər verir ki, bu barədə batalyonun mətbuat mərkəzindən məlumat verilib.
“Bu gün qısamüddətli döyüşdən sonra separatçıların “Yuri Dolqoruki” adlı batalyonunun hərbçiləri əsir düşüb. 30-dan çox döyüşçü öz komandirlərini tərksilah edərək onu bizə təhvil veriblər”, - məlumatda bildirilib.
Dindirilmə zamanı separatçılar bildirib ki, Moskvanın kredit şirkətləri onları Ukraynanın şərqində döyüşə getməyə məcbur ediblər.
“Borclarını vaxtında ödəyə bilməyənlər kreditorlar tərəfindən evlərinin əlindən alınacağı, kreditlərin dələduzluq yolu ilə götürülməsinə görə cinayət işi açılacağı, hətta valideynlik hüququndan məhrum ediləcəkləri ilə şantaj olunur. Bütün bunların baş verməməsi üçün onlar Ukraynadakı separatçıların tərkibində döyüşməyə məcbur edilir”, - bildirilib.
Separatçıların əsir götürülmüş komandiri Dmitri Nilov isə qaçmağa cəhd edərkən öldürülüb.


Şərhlər