Menu

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir

27.01.2015, 13:43

rusiya sanksiyaAvropa İttifaqı ölkələrinin liderləri Xarici İşlər Nazirləri Şurasından Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirməyi xahiş edib.

APA-nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, yeni sanksiyaların qəbulunun zəruriliyinin Ukraynanın şərqindəki vəziyyətin gərginləşməsi ilə bağlı olduğunu qeyd edilir.

Avropa İttifaqı ölkələrinin liderləri xarici siyasət idarələrinin rəhbərlərinə vəziyyəti dəyərləndirməyi və sanksiyalar daxil olmaqla, istənilən müvafiq tədbirlər görməyi təklif ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol