Menu

Avtomatlı PKK-çılar çayxanalara hücum etdi - Video

27.01.2015, 14:31

pkk-ceteleri-bitliste-camiyi-atese-verdi-h1412764482-300x150Türkiyənin Diyarbəkir vilayətində PKK-nın gənclik qolunun üzvləri özlərini asayiş keşikçiləri kimi təqdim edərək qumar reydi keçirdiklərini bildiriblər.

Musavat.com-un məlumatına görə, keçən ay Diyarbəkirdə narkotik əməliyyatı keçirən təşkilat üzvləri bu dəfə qumara qarşı çıxıblar. Üzübağlı gənc PKK-çılar qumar oynanıldığı iddia edilən çayxanaları basaraq axtarış aparıb və bu görüntüləri sosial şəbəkədə paylaşıblar.

Əli avtomatlı bir gənc isə masalara yaxınlaşaraq müştəriləri ayağa qalxmağa məcbur edərək deyib: “Utanın, evinizdə uşaqlarınız acdır, siz də burada qumar oynayırsınız”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol