Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Co Bayden Vaşinqtonda keçirilən enerji sammitində çıxış edib, ölkəsinin neftlə bağlı rəsmi mövqeyini açıqlayıb.ANS PRESS-in məlumatına görə, o deyib ki, yaxın bir neçə ildə dünya bazarında neftin qiyməti aşağı qiymətdə qalacaq. Hazırda 1 barel neftin qiyməti 50 dollardan aşağıdır.
Onun sözlərinə görə bu, hökumətlərə nəfəs almaq üçün az imkan verir. Amma çox güman ki, qiymət bir neçə ildə elə bu səviyyədə qalacaq.
AzPolitika.info-nun məlumatına görə, bu gün Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,18 dollar ucuzlaşaraq 44,97 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,20 dollar ucuzlaşaraq 47,96 dollar olub. "Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 49,7 dollara satılıb.
Xatırladaq ki, 2015-ci ilin dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb.


Şərhlər