Yeni nazir müdirlərələ verilən dövlət maşınlarını Əlillərin Bərpa Mərkəzinə toplayıb
Bu gün - 3 dekabr Beynəlxalq Əlillər Günüdür. Üz tutduq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinə. Bura əlillərə kompleks tibbi-sosial və peşə reabilitasiyasının aparılması üçün nəzərdə tutulan müəssisədir. Bərpa Mərkəzinin ərazisinə daxil olarkən qapıda çevik polis alayının əməkdaşını gördük. Mərkəzin ərazisində bahalı xarici avtomobillərin dayandığını görüb «yəqin yuxarıdan gələn var» deyə düşündük.
Amma mühafizəçidən öyrəndik ki, yuxarıdan gələn yoxdur: “Yeni təyin olunmuş nazir Səlim Müslümov göstəriş verib ki, bütün rayonların tibbi-sosial ekspert komissiyalarının rəhbərlərindən (TSEK; xalq arasında "VTEK" kimi məşhurdur), Dövlət Əmək Müfəttişliyinə məxsus dövlət avtomobilləri alınsın. Bu qurumlara məxsus dövlət maşınları Respublika Əlillərin Bərpa Mərkəzinin həyətinə yığılıb. Yenidən nazirlik əməkdaşları arasında paylanılacaq. Çevik polis alayının əməkdaşının burada olması da avtomobillərin təhlükəsizliiy ilə bağlıdır. (bizimyolinfo.com)




Şərhlər