Menu

3 rayonun icra başçısı dəyişdirildi

27.01.2015, 19:07
3 rayonun icra başçısı dəyişdirildi

Mənsur Həmzə Məmmədov Ucar rayonu İcra hakimiyyətinin başçısı təyin edilib. APA-nın məlumatına görə, prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Dövlət başçısının daha bir sərəncamı ilə M. Məmmədov Göyçay rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamları ilə Yaşar Məmmədov Ucar rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib, Mübariz Ağayev isə Göyçay rayonu İcra hakimiyyətinin başçısı təyin olunub.

Prezident İlham Əliyev DİGƏR sərəncam İLƏ Mübariz Ağayev Quba rayonunun icra başçısı vəzifəsindən azad edilib.Dövlət başçısının digər sərəncamı ilə Yaşar Qəhrəman oğlu Məmmədov Quba rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol