Menu

Kəlbəcərli girovlar üçün “apelyasiya şikayəti” hazırlanır

27.01.2015, 19:59
Kəlbəcərli girovlar üçün “apelyasiya şikayəti” hazırlanır

Xankəndindəki saxta məhkəmənin kəlbəcərli girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev haqda çıxardığı “hökm”lə bağlı “apelyasiya şikayəti” hazırlanır.

Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, guya şikayət “məhkumların” istəyi əsasında edilir. Bu barədə azərbaycanlı girovların “vəkilləri” - Erik Beqlaryan və Arkadi İsraelyan açıqlama veriblər.

Xatırladaq ki, ötən il dekabrın 29-da çıxarılan “hökm”lə Əsgərov ömürlük, Quliyev isə 22 illik müddətə azadlıqdan məhrum ediliblər. Dilqəm Əsgərov Rusiya vətəndaşıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol