Menu

"Müsavata vura biləcəyi bütün zərbələri vurdu" - Arif Hacılı

28.01.2015, 01:27
"Müsavata vura biləcəyi bütün zərbələri vurdu" - Arif Hacılı

Müsavat Partiyasında qurultaydan sonra yaranan gərginlik səngimək bilmir. Qurultayın nəticələrini qəbul etməyən başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun yeni hərəkat (ADR) yaradaraq tərəfdarlarını bu hərəkata toplaması, münasibətləri daha da korlamaqla yanaşı, partiyanın faktiki ikiyə bölünməsinə də səbəb olub. Yeni başqan Arif Hacılı da Qubad İbadoğlunun bu addımını Müsavat partiyasına zərbə kimi dəyərləndirib. Arif Hacılının şəxsi "facebook" səhifəsindən paylaşdığı dəyərləndirməni təqdim edirik.

"Qubad İbadoğlu qurultaydan əvvəl və qurultay zamanı verdiyi vədlərə əməl etmədi. Bizim durmadan təkrar etdiyimiz birlik çağırışlarımıza məhəl qoymadı. Bu aylar ərzində bütün siyasi fəaliyyəti dövründə göstərmədiyi fəallıq nümayiş etdirdi. Heç vaxt hər hansı bir siyasi kampaniyanın lideri olmamışdı. Ətrafındakı qrupla anti-Müsavat kampaniyasının lideri oldu. Müsavata vura biləcəyi bütün zərbələri vurdu. Müsavata qarşı bundan daha artığını edə bilməzdi".

azadliq.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol