Menu

İsrail Suriyaya hava zərbələri endirdi

28.01.2015, 08:53
İsrail Suriyaya hava zərbələri endirdi

İsrail aviasiyası Suriya ərazisində hədəflərə zərbələr endirib.

APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, buna səbəb Qolan yüksəkliklərinin olduğu əraziyə raket zərbələrinin endirilməsi göstərilir. “Ediot Axronot” qəzetinin məlumatına görə, atəş açıldığını xəbərdar edən xüsusi sistem El Rom, Neve Ativ və bir neçə digər yaşayış məntəqələrində işə düşüb.

Bundan əvvəl Qolan yüksəkliklərinin şimal hissəsinə Suriya tərəfindən iki raket atılmışdı. Bundan sonra İsrail ordusu Suriya ərazisində olan hədəflərə zərbələr endirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol